Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Bakı və Brüssel arasında Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı danışıqların aparılacağını bildirib.
“Biz Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı müəyyən fəaliyyət planlaşdırırıq. Gələn həftə Bakıda üzv ölkələr arasında geniş məsləhətləşmələr aparılacaq”, - deyə səfir Aİ və AŞ-nin "Yaxşı İdarəçilik üçün Əməkdaşlıq 2019-2021" layihələrinin təqdimatında çıxışı zamanı qeyd edib.
Bununla belə, K.Yankauskas məsləhətləşmələrin təfərrüatlarını açıqlamayıb.*
F.İsazadə