2019-cu ilin əvvəlindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 1,716 min nəfər əlilliyi olan vətəndaş üçün iş yerləri açıb. Bunu nazir Sahil Babayev deyib.
"Bu il ƏƏSMN vasitəsi ilə 1,716 nəfər əlilliyi olan şəxs müxtəlif idarə, müəssisə və təşkilatlarda münasib işlərlə təmin olunub”, - deyə o, bu gün əlilliyi olan şəxslərin işlə təmin olunması mövzusuna həsr olunmuş beynəlxalq konfransda bildirib.
Nazir qeyd edib ki, ilin əvvəlindən 205 nəfər üçün peşə hazırlığı kursları təşkil edilib, özünüməşğulluq proqramının icrası zamanı əlilliyi olan şəxslərin iştirakına üstünlük verilib. Cari ilin 8 ayı ərzində proqrama cəlb olunanlar içərisində xüsusi kateqoriyadan olan şəxslər 2,555 min nəfər olub ki, onlardan da 993 nəfəri əlilliyi olan şəxslərdir.
Konfrans ƏƏSMN, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Depatamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqının dəstəyi ilə təşkil edilib.*
X.Nəsirzadə