Azərbaycan prezidenti İlham Əliyev Soçidə keçirilən Valday forumunda çıxışı zamanı Dağlıq Qarabağın mənsubiyyətinə dair məsələdə nöqtəni qoyub.
“Ermənistanın baş naziri (Nikol Paşinyanln - İF) təəccüb doğuran bəyanatına toxunmaq istərdim, təxminən hərfiyyən belə səslənirdi: Qarabağ – Ermənistanın bir hissəsidir və nöqtə. Birincisi, bu, yumşaq desək, yalandır. Düzənli, daqlıq Qarabağ bütün dünya tərəfindən Azərbaycanın ayrılmaz hissəsi olaraq tanınıb”, - Əliyev Forumun plenar iclasında çxışında bildirib.
“Ermənistan özü bu qanunsuz təsisatı tanımır. Qarabağ qədim Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ – Azərbaycandır və nida işarəsi”, - o əlavə edib.
Əliyev qeyd edib ki, RF Valday forumu çərçivəsində Dağlıq Qarabağın Ermənistana mənsub olmasına dair bəyanatına müvafiq reaksiya verib.
Bundan əlavə, prezident həmçinin münaqişənin Dağlıq Qarabağın qondarma xalqının maraqları nəzərə alınmaqla nizamlanmasına dair Paşinyanın bəyanatına toxunub.
“Ermənistanın baş naziri çox vaxt deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Münaqişədən əvvəl azərbaycanlı və erməni əhalisindən ibarət olan Dağlıq Qarabağ əhalisi olub, hansı ki, bərabər hüquqlara malik idi”, - Azərbaycan prezidenti bəyan edib.
“Azərbaycan üçün məqbul həll məsələsinə gəlincə, bu, dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin oz qədim torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasınn qətnamələri və Helsinki Yekun Aktına uyğundur”, - Əliyev vurğulayıb. **
F.İsazadə