Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub. Bunu prezident İlham Əliyev deyib.
"Hərbi-texniki əməkdaşlıq fəal şəkildə inkişaf edir. Bu gün biz bu istiqamətdə işimizi davam etdirməklə bağlı razılığa gəldik, baxmayaraq ki, Rusiya texnikasının alınması ilə bağlı hazırda imzaladığımız müqavilələrin dəyəri 5 milyard dollar təşkil edir, onlardan 3 milyardı artıq reallaşıb”, - deyə o, bu gün “Valday” klubunun plenar sessiyasında bildirib.*