Azərbaycan Rusiyaya $1,2 mlrd. sərmayə qoyub. Bunu prezident İlham Əliyev deyib.
"Azərbaycanda Rusiya kapitalı ilə 700-ə yaxın şirkət fəaliyyət göstərir. Rusiya iqtisadiyyatına Azərbaycan sərmayələri $1,2 mlrd., Azərbaycana Rusiya sərmayələri isə $4,6 mlrd. təşkil edir. Biz bu göstərici üzrə bir qədər geri qalırıq, lakin bunun obyektiv səbəbləri var", - deyə İ.Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiya bankları sənayeləşmə prosesində Azərbaycana kömək edir.
"Rusiya bankları iqtisadiyyatın real sektorunda layihələrə təxminən $1 mlrd. kredit ayırıb", - deyə o diqqətə çatdırıb.
Azərbaycan prezidenti, həmçinin Rusiya ilə nəqliyyat və turizm sahəsində əlaqələrin inkişaf etdiyini də qeyd vurğulayıb.
"2017-ci illə müqayisədə 2018-ci ildə Şimal-Cənub dəhlizi ilə 8 dəfə daha çox yük daşınıb. Şimal-Qərb dəhlizi də istifadəyə verilib. Ötən il Azərbaycana 880 min nəfər, bu il isə daha çox rusiyalı turist gəlib”, - deyə İ.Əliyev əlavə edib.*
Ə.Məmmədov