Bakı BMT Təhlükəsizlik Şurasının qərarlarının implementasiyalarının seçmə üsulu ilə reallaşdırılmasından narahatdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“BMT Təhlükəsizlik Şurası 25 ildən artıq müdətdir icra olunmayan, Ermənistan işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal və şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Biz burada mühüm məsələyə yaxınlaşırıq – qəbul olunan qərarların implementasiyasına. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 il ərzində qərarlar icra olunmursa, bu həmin təşkilatın səmərəliliyinə dair çox sayda suallar doğurur. Bizi Azərbaycanda qəbul edilən qərarların implementasiyalarının seçmə üsulu ilə reallaşdırılması narahat edir”, - Əliyev Valday Forumunun plenar iclasında çıxışı zamanı bildirib .
O vurğulayıb ki, “bəzi hallarda onlar (BMT TŞ-nin qərarları və qətnamələri - İF) günlər ərzində icra olunur, digər hallarda müəyyən hərbi əməliyyatların həyata keçirilməsi üçün onlara ehtiyac qalmır, bizim məsələmizdə isə kağız üzərində qalır”. **
F.İsazadə