Azərbaycan prezidenti İlham Əliyev Rusiya və Şimali Atlantika Alyansının rəsmi Bakıya etimadını yüksək qiymətləndirir.
“Rusiya və NATO-nun yüksək hərbi komandanlığının görüş yeri üçün artıq bir neçə ildir Bakının seçilməsi bizi sevindirir”, - Əliyev Valday Forumunun plenar iclasında bildirib.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun yüksək hərbi rəhbərliyinin nümayəndələri ilə dörd görüş keçirib.
Xüsusilə, 2017-ci il sentyabrın 7-də Gerasimov NATO Hərbi Komitəsinin sədri general Petr Pavel, 2018-ci il 20 aprel və 12 dekabr tarixlərində NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) general Körtis Skaparotti və 2019-cu il iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters ilə görüşüb.
Bundan əlavə, 2017-ci il fevralın 16-da həmçinin Gerasimov Bakıda ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford ilə görüş keçirib. **
X.Nəsirzadə