Bakı Azərbaycanın Lüksemburqakı səfirinə Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda təxribat törədən şəxslərin məsuliyyətə cəlb olunması məsələsini nəzarətdə saxlamağı tapşırıb. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
“Düdelanj” və “Qarabağ” oyunu ucuz siyasi təxribat səbəbindən az qala pozulacaqdı. Oyunun 31-ci dəqiqəsində Azərbaycan klubunun ikinci qolundan sonra işğal olunmuş ərazilərdə yaradılan qondarma separatçı rejimin bayrağı dron vasitəsilə meydançanın üzərinə gətirilib.
"Azərbaycanın Lüksemburqa akkreditə olunmuş səfiri təxribata cavabdeh şəxslərin tapılması və müvafiq məsuliyyətə cəlb olunmasına əmin olmaq üçün Lüksemburq Xarici İşlər Nazirliyinə müraciət etmək barədə təlimatlandırılıb", - Abdullayeva "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, Ermənistanın təxribatına baxmayaraq, ağdamlılar oyunu sona çatdıraraq daha iki qol vurublar. Oyun "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. **
F.İsazadə