Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın 8 oktyabr tarixində şəhər administrasiyasının qarşısında piket keçirməsinə icazə verib. Bu barədə İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
“BŞİH müxalifətin oktyabrın 8-də saat 15:00-dan 16:00-dək şəhər administrasiyasının qarşısında 50 nəfərin iştirakı ilə piket keçirməsinə razılıq verib”, - deyə mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Piketin keçirilməsində məqsəd sərbəst toplaşmaq azadlığının təmin edilməsidir.*
F.İsazadə