Son 20 il ərzində Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) əhaliyə 4 mlrd. manat məbləğində kredit xidməti göstərib. Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü Süleyman Kələşov deyib.
“Mikromaliyyə bazar üçün ən vacib alətlərdəndir. Qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycanda BOKT-lar əhaliyə 4 mlrd. manata yaxın krdeit xidməti göstərib”, - Kələşov Azərbaycanda mikromaliyyənin inkişafına həsr olunan VI İnvestorlar Yarmarkasında bidlirib.
Kələşov əlavə edib ki, bu vasitələrdən bilavasitə 500 min nəfər yararlanıb, lakin onlar dolayısilə 2 mln. Azərbaycan vətəndaşına xidmət edib. **
Ə.Məmmədov