Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və SOCAR arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin imzalanma mərasimindən verdiyi məlumata görə, sənədi universitetin rektoru Mustafa Babanlı və SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə imzalayıblar.
Bundan başqa, bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fərman Salmanov adına Elmi-Təhsil Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.*
X.Nəsirzadə