Stavropol diyarının “Aqroqruppa “Baksanskiy Broyler” quşçuluq fabriki 2019-cu ildə Azərbaycana məhsul ixracına başlamağı planlaşdırır. Bu barədə Rusiya KİV-ləri xəbər verir.
“Biz ixraca başlanılması məsələsi üzərində işləyirik, Azərbaycan, Qırğızıstan, Tacikistan və İranla danışıqlar aparılır. İlk tədarüklərə 2019-cu ildə başlamağı planlaşdırırıq, sənədləri rəsmiləşdiririk”, - deyə müəssisənin baş direktorunun müavini Mansur Musafarov bildirib.*