Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 7-də depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank oktyabrın 7-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,26%-7,99% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
Ə.Məmmədov