Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Ramana qəsəbəsi ərazisində zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsinə 900 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əsasən, Fond layihə işərinin icrasına dair «SS Proje» MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 894,414 min manatdır.
yaşayış məhəlləsi 1,512 min məcburi köçkün ailəsi üçün nəzərdə tutulur. **
X.Nəsirzadə