Bakı və Moskva terrorizm və ekstremizm ilə mübarizə msələlərində səmərəli əməkdaşlıq edir. Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Azərbaycan və Rusiya qlobal təhlükəsizliyin gündəliyində duran bir sıra məsələlər üzrə beynəlxalq arenada qarşılıqlı səmərəli əməkdaşlıq edir. Bununla əlaqədar, terrorizm və ekstremizm ilə mübarizədə Bakı və Moskvanın əməkdaşlığı və koordinasiyasını vurğulamaq lazımdır”, - Abdullayeva “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan və Rusiya arasında münasibətlər ticarət-iqtisadi və investisiya sahələrində inkişaf edir, o cümlədən, tərəflər nəqliyyat və turizm sahələrində fəal əməkdaşlıq edirlər.
“Rusiya Azərbaycanın idxal üzrə (Rusiya məhsullarının), həmçinin Azərbaycanın qeyri-neft sektorunun məhsullarının ixracı üzrə nömrə bir tərəfdaşdır”, - Abdullayeva bildirib.
XİN-in mətbuat katibinin sözlərinə görə, iki ölkənin liderləri səviyyəsində çoxsaylı görüşlər dövlətlərimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişafına böyük töhfə verir. **
X.Nəsirzadə