Bu gün Bakı ətrafında baş verən yol-nəqliyyat hadisəsində 11 nəfər xəsarət alıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. Onlardan 9 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib”, - deyə məlumatda bildirilir.
İki nəfərin vəziyyəti orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur.
Qəza Qala-Pirallahı yolunda baş verib. “İnterfaks-Azərbaycan” agentliyi hadisənin təfərrüatları barədə məlumata malik deyil.*
F.İsazadə