Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edərək ad günü münasibətilə təbrik edib. Bu barədə Azərbaycan liderinin Mətbuat Xidmətindən məlumat verilir.
“Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya dövlətinin və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, Əliyev və Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının əhəmiyyətinə toxunublar.
“Liderlər Soçidə prezidentlər (Azərbaycan və Rusiya - İF) arasında aparılan danışıqların strateji tərəfdaşlığa əsaslanan ikitərəfli dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər”, - məlumatda deyilir.
Söhbət zamanı Əliyev və Putin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
F.İsazadə