Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyev əmindir ki, TDƏŞ böyük inteqrasiya mərhələsinə keçir.
Prezident İlham Əliyev bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.
Tərəflər, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının oktyabrın 15-də Bakıda keçiriləcək növbəti sammitinə hazırlıq məsələsini müzakirə ediblər.
“Biz təşəkkül, təsisat dövrünü başa vurmuşuq. İndi isə biz yeni mərhələyə - artıq böyük inteqrasiya mərhələsinə keçirik”, - deyə B.Amreyev qeyd edib.
O vurğulayıb ki, son 10 il bir növ təşəkkül dövrü olub. İndi bu dövr prezident İlham Əliyevin siyasi iradəniz, türk birliyinin formalaşması üzrə verdiyi mühüm qərarlar sayəsində başa çatdırılıb.
“Azərbaycan, ümumiyyətlə, türk birliyi prosesində xüsusi yer tutur. Məhz Azərbaycan torpağı Naxçıvanda razılaşma imzalanıb. Məhz Bakıda, Azərbaycan torpağında siz yubiley sammitini qəbul edirsiniz. Artıq 10 ildir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəaliyyət göstərir”, - deyə baş katib bildirib.
Öz növbəsində, İ.Əliyev qeyd edib ki, son illərdə əməkdaşlığımızın coğrafiyası genişlənir. “Bizim üçün çox xoşdur ki, qardaş dövlətlər təşəbbüslərimizə qoşulur.
“Azərbaycanın qədim şəhəri olan Naxçıvanda 10 il əvvəl biz Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul etdik. Mən bu mühüm qərara gətirib çıxaran bütün məqamları təfərrüatı ilə xatırlayıram. Azərbaycan qardaş dövlətlərin başçılarını ilk dəfə deyil ki, qəbul edir. Buna görə də əminəm ki, həm təşkilati tərəfi, həm də məzmun cəhəti yüksək səviyyədə olacaq”, - deyə dövlət başçısı vurğulayıb.*
F.İsazadə