Vergilər Nazirliyi vergi ödəyicilərinin 491,684 min manat ümumi məbləğdə əyərində vergi borcu ilə bağlı əmlakını siyahıya alıb. Bu barədə nazilrikdən məlumat verilir.
“Vergilər Nazirliyi tərəfindən 2 hüquqi və 1 fiziki şəxsin fəaliyyəötində yoxlamalar aparılıb. Yoxlamaların nəticəsində iki vergi ödəyicisində 472 min 914,91 manat dəyərində vergi borcuna görə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Nazirliyin əməkdaşları 505,2 min manat dəyərində əmlak siyahıya alıb”, - məlumatda vurğulanır.
Bundan əlavə, məlumata əsasən, bir fiziki şəxsin dövlət büdcəsinə yaranmış 18 min 768,96 manat borcuna görə əmlakının siyahıya alınması barədə qərar çıxarılıb. “Lakin nəzarət tədbiri zamanı vergi ödəyicisi tərəfindən borc məbləğinin tam şəkildə büdcəyə ödənilməsini təsdiq edən sənədlər təqdim olunduğundan, onun barəsində əmlakın siyahıya alınması tədbirləri həyata keçirilməyib”, - məlumatda vurğulanır. **
Ə.Məmmədov