Noyabrın 1-də “Azərbaycan Sənaye Bankı” (ASB) ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“İclasda kənar auditorun seçilməsi və bankın fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın nizamnamə kapitalı 60 mln. manata bərabərdir.*
Ə.Məmmədov