Azərbaycan Vəkillər Kollegiyası “Güclü və nüfuzlu vəkillik institutu - zamanın tələbi” adlı beynəlxalq konfrans çərçivəsində Vəkillik fəaliyyətinin əsas prinsipləri Xartiyasına qoşulub. Bu barədə RF Federal Vəkillər Palatasının məlumatında deyilir.
Beləliklə, 4 oktyabr 2019-cu il tarixindən etibarən Azərbaycan Vəkillər Kollegiyasının Xartiyaya qoşulmasından sonra onun iştirakçılarının sayı 11-ə çatıb.
Xartiya 2016-cı ilin may ayında VI Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində qəbul edilib. Sənəddə vəkillik peşəsinin əsas prinsipləri öz əksini tapıb.*
F.İsazadə