Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün Bişkekdə Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb.
“Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qırğızıstan Azərbaycanla qarşılıqlı inama və hörmətə əsaslanan dostluq əlaqələrinin və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir”, - deyə Qırğızıstan prezidentinin saytında məlumat verilir.
Prezident vurğulayıb ki, ikitərəfli münasibətlərin gələcək inkişafında əsas amillərdən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir.
“S.Jeenbekov ölkələr arasında energetika, nəqliyyat, dağ-mədən sənayesi, turizm sahələrində birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb”, - deyə məlumatda bildirilir.
Y.Eyyubov Azərbaycan prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək Zirvə Görüşündə S.Jeenbekovu görməkdən məmnun olacağını söyləyib.*
A.Əzizov