Azərbaycan prezidenti İlham Əliyev Soçidə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Bakının mövqeyini əsaslı şəkildə ifadə etməyə müvəffəq olub. Pusiyalı politoloq Sergey Markov belə hesab edir.
“Prezident Əliyevin Valday Forumunda çıxışı çox vacib idi, çünki dünya birliyinin akademik, media nümayəndələri çox vaxt Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumatı yoxdur”, - Markov bazar ertəsi Bakıda mətbuat konfransında bildirib.
Markovun sözlərinə görə, buna baxmayaraq çıxışı zamanı “Əliyev mövqeyini yaxşı ifadə etməyə müvəffəq olub”.
O cümlədən, politoloq qeyd edib ki, bu məsələdə daha bir problem ondan ibarətdir ki, erməni qoşunları Dağlıq Qarabağdan başqa ətraf 7 rayonu da işğal ediblər.
“Ermənistan həmin ərazilərə iddia etmir. Onlar həmin əraziləri mübadilə üçün boş saxlayırlar”, - Markov vurğulayıb.
Markovun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin Kazan formulası əsasında müvəqqəti həll etmək istərdi. Kazan formulasının mahiyyəti ondan ibarətdir ki, “Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarır, əvəzində isə iki dəhlizi geri alır (Laçın və Kəlbəcər - İF), həmin rayonların demilitarizasiyası, blokadanın aradan qaldırılması və müvəqqəti statusa malik olur”.
Politoloqun rəyinə görə, bununla əlaqədar Paşinyan blokadanın aradan qaldırılmasını istəyir. “Bu ona iqtisadi inkişaf üçün lazımdır, lakin bunun üçün blokadanın aradan qaldırılması lazımdır. O, prinsip etibarilə, buna razılıq verib, digər məsələ ondan ibarətdir ki, ultraradikallarından qorxduğu üçün buna heç cür imza ata bilmir”, - Markov qeyd edib.
Markovun sözlərinə görə, Rusiya diplomatiyası münaqişənin sülh yolu ilə həllinə üstünlük verən, “strateji dözüm nümayiş etdirən” Azərbaycana daha çox hörmətlə yanaşmağa başlayır. **
X.Nəsirzadə