Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan səfiri Serjan Abdıkarimovun etimadnaməsinin surətini qəbul edib.
“Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda, ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar”, - deyə XİN-in məlumatında bildirilir.
Səfir S.Abdıkarimov Azərbaycan və Qazaxıstan arasında birgə layihələrin reallaşdırılmasının davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.*
A.Əzizov