“Binə” ticarət mərkəzində baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
“8 oktyabr saat 00:41-də nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.“3 saylı çağırış” elan edilib”, - deyə məlumatda bildirilir.
Yanğın saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.
Yanğının söndürülməsinə 40-a yaxın texnika və 200 nəfərdən çox şəxsi heyət cəlb olunub.
Yanğının səbəbləri barədə məlumat verilmir. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin sözlərinə görə, yanğının ümumi sahəsi 2-3 min kv.m təşkil edir.*
A.Əzizov