Azərbaycan prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədovun namizədliyi baş nazir vəzifəsinə təklif olunub.
“Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında bu məsələ müzakirə olunacaq. Məsələ iclasın gündəliyinə nömrə bir olaraq daxil edilib”, - “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
Əsədov bu postda 2018-ci il aprel ayında baş nazir təyin olunan Novruz Məmmədovu əvəz edəcək. **
A.Əzizov