Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçiriləcək. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, tərəflər ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyətini nəzərdən keçirəcəklər.
Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevdir.
A.Əzizov