8-11 oktyabr tarixlərində İsveçrə Konfederasiyası kantonlar Şurasının Federal Məclisinin sədri Jan-Rene Furnye Azərbaycana, 12-19 oktyabr tarixlərində - Rusiyaya səfər edəcək. Bu barədə Şuranın saytında məlumat verilir.
“Bakıda Funyeni Azərbaycan prezidenti, həmçinin xarici işlər naziri qəbul edəcək. Moskvada Furnye rusiyalı həmkarı Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşəcək”, - məlumatda qeyd edilir.
Bakıda rəsmi danışıqlar zamanı Furnye Çin ilə Avropa arasında yeni ipək yolunun “mərkəzi dəhliz” qismində Azərbaycanın strateji coğrafi mövqeyini müzakirə edəcək.
“Hazırda Bakıda yeni limanın tikintisi və Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə Azərbaycan infrastrukturunun inkişafına mühüm vəsait yatırır. İsveçrə və Azərbaycan müntəzəm ikitərəfli əlaqələri dəstəkləyir, həmçinin ölkələr texniki əməkdaşlıq layihələrində tərəfdaşdır”, - məlumatda vurğulanır.
Furnye Bakəya səfəri zamanı İsveçrənin HOLCIM və SIKA şirkətlərinin Azərbaycandakı istehsal sahələrinə baxış keçirəcək. **
A.Əzizov