Azərbaycanın baş naziri Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Bu barədə parlamentin spikeri Oqtay Əsədov bu gün bəyan edib.
“Bununla əlaqədar prezident Əliyev baş nazir postuna Əli Əsədovun namizədliyini irəli sürüb”, - spiker qeyd edib.
Spiker prezidentin seçiminin həm xalq, həm də dövlət üçün xeyrili olacağına əminliyini ifadə edib. **
F.İsazadə