Qax rayonunda torpaq işləri aparılarkən baş verən partlayış nəticəsində 6 nəfər xəsarət alıb. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
“Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 4-nün vəziyyəti yüngül, 2-nin vəziyyəti isə orta-ağırdır”, - deyə məlumatda bildirilir.
Xəstələrin həyati təhlükəsi yoxdur.
Partlayış Qax Kommunal Müəssisələri Kombinatının işçiləri torpaq yayan zaman baş verib.
Hazırda hadisənin səbəbləri araşdırılır.*
B.Rüstəmbəyov