Gürcüstanın baş naziri Georgi Qaxariya oktyabrın 9-da Azərbaycana səfər edəcək. Bu, onun Gürcüstan hökumətinin başçısı postunda ilk rəsmi səfəridir.
Gürcüstan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, gələn həftə baş nazirin Ermənistana səfəri planlaşdırılır və oktyabr ayının sonunda Türkiyəyə səfərinə hazırlıq görülür. Bundan başqa, yaxın vaxtlarda Qaxariya Brüsselə səfər edərək Avropa İttifaqı rəhbərliyi ilə görüşəcək.*