Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Xəzərdə itkin düşmüş 4 balıqçının axtarışını həyata keçirir, xilasetmə işlərinə helikopter cəlb edilib.
“FHN-in"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-i gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb. Axtarışlara helikopter cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb”, - deyə nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.*
X.Nəsirzadə