Bakı ABŞ Konqresinin üzvü Cudi Çunun adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”na salacaq. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
“Çunun adı arzuolunmaz şəxslər siyahısına salınacaq. Bakının icazəsi olmadan Çu ilə işğal altında olan Dağlıq Qarabağa səfər etmiş Ceki Spirin adı isə 2018-ci ildən sözügedən siyahıya salınıb”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Ermənistan mətbuatının məlumatına görə, konqresmenlər Çu və Spir Dağlıq Qarabağa qanunsuz səfər çərçivəsində Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı separatçı rejimin rəhbərliyi ilə görüşüblər.*
F.İsazadə