Dünya Bankı (DB) 2019-cu ildə Azərbaycanda ÜDM-nin 2,8% artacağını proqnozlaşdırır ki, bu da aprel proqnozundan 0,5 faiz bəndi azdır.
Bankın Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatına əsasən 2020-ci ildə Azərbaycanda ÜDM 2,3%-dək (aprel proqnozu ilə müqayisədə 1,2 faiz bəndi az), 2021-ci ildə isə 2,1%-dək (1,6 faiz bəndi az) azalacaq.
Ümumilikdə, DB-nin qiymətləndirmələrinə əsasən, 2019-2021-ci illərdə Azərbaycanda ÜDM-nin orta illik artım tempi təşkil edəcək.
Bankın proqnozlarına görə, 2019-2021-ci illərdə kənd təsərrüfatı məhsullarının istehsalı müvafiq olaraq 4,2%, 4,4% və 4,5%, sənaye istehsalı 0,6%, 1,8% və 1,5% artacaq, xidmət sahəsində isə artım 6,4%, 2,6% və 2,8% təşkil edəcək.
Dünya Bankı 2019-cu ildə Azərbaycanda inflyasiyanı 2,8%, 2020-ci ildə 3,2%, 2021-ci ildə isə 3,3% səviyyəsində proqnozlaşdırır.
2019-cu ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 8.5%-i, 2020-ci ildə ÜDM-nin 6,2%-i, 2021-ci ildə isə ÜDM-nin 5%-i səviyyəsində proqnozlaşdırılır. **
Ə.Məmmədov