Azərbaycanın fındıq istehsalı ilə məşğul olan “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Almaniyanın Köln şəhərində təşkil edilmiş “Anuga 2019” beynəlxalq ərzaq sərgisində “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, “Ləzzət Biskvit və Şokolad Fabriki” şirkətinin 20 ton qənnadı məmulatının ixracına dair ilkin razılıq əldə olunub.
Azərbaycan 2019-cu ilin yanvar-avqust aylarında $76,1 mln. məbləğində fındıq ləpəsi ixrac edib ki, bu da ötən ilin 8 ayının göstəricisindən 1,9 dəfə çoxdur.*
A.Əzizov