Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 3 mlrd. 250 mln. 116,1 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 mlrd. 600 mln. 374,5 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə köçürmələr 25% artıb.
2019-cu ilin 9 ayı ərzində dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 mlrd. 217 mln. 206,4 min manat, aksizlər üzrə 201 mln. 491,4 min manat, yol vergisi üzrə 32 mln. 896,8 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 798 mln. 521,5 min manat məbləğində olub.
2019-cu ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 mlrd. 702,6 mln. manat məbləğində müəyyən edilib.*
A.Əzizov