“KazTransQaz” AC Qazaxıstandan maye qazın Azərbaycan vasitəsilə tranzitində maraqlıdır. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“KazTransQaz” şirkəti maye qazın tranzitində maraqlıdır (Azərbaycan vasitəsilə - İF). Bu günə onlar aylıq 10-15 min ton tədarük etməyə hazırdır”, - Şahbazov çərşənbə günü Bakıda Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında bildirib.
Onun sözlərinə görə, hazırda tariflərin optimallaşdırılması üzərində iş aparılır.
Şahbazov qeyd edib ki, həmçinin Qazaxıstanla bu ölkənin neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracına dair müzakirələr aparılır.
Nazir əlavə edib ki, 2018-ci ildə SOCAR Trading şirkəti Azərbaycan vasitəsilə 1,5 mln. ton Qazaxıstan neft nəql edib. “2019-cu ilin 9 ayının yekunları üzrə bu həcm artıq 1,6 mln. tona çatıb”, - Şahbazov bildirib. **
B.Rüstəmbəyov