9 oktyabr 2019-cu il tarixinə Azərbaycanda pambıq qəbulu məntəqələrinə 130,201 min ton məhsul təhvil verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,6 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bu il Azərbaycanın 20 rayonunda pambıq əkən fermerlərin sayı 18 min nəfərə çatıb.
Bu il pambıq əkini sahələrinin həcmi 100,1 min hektar (2018-ci illə müqayisədə azalma 24,5%) təşkil edir.
Pambıq yığımına 435 kombayn cəlb olunub, daha 34 kombayn isə ehtiyatda saxlanılır.
Kənd Təsərrüfatı Nazirliyinin ilkin qiymətləndirmələrinə görə, 2019-cu ildə pambıq yığımının həcmi 2018-ci ilin göstəricisi ilə müqayisədə 25% çox olacaq. 2018-ci ildə ölkədə 232,2 min ton pambıq yığılıb.*
B.Rüstəmbəyov