Cümə axşamı Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının açılışı olub.
Danışıqlardan əvvəl Türkmənistan XİN başçısı Raşid Meredov MDB ölkələrindən həmkarlarla ikitərıfli görüşlər keçirib. Bu barədə Türkmənistanın “Oriyent” informasiya agentliyi məlumat verir.
Dünən RF XİN başçısı Sergey Lavrov və qazaxıstanlı həmkarı Muxtar Tleuberdi, Qırğızıstan XİN başçısı Çingiz Aydarbekov, Tacikistanın xarici işlər naziri Sirodjiddin Muxriddin, Özbəkistan XİN rəhbəri Abdulaziz Kamilov Aşqabada gəliblər. O cümlədən, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan, Belarus xarici işlər naziri Vladimir Makey, həmçinin MDB İcraiyyə Komitəsinin sədri–icra katibi Sergey Lebedev iştirak edirlər. **