Azərbaycanda sənaye parkları və məhəllələrinin rezidentləri layihələrin reallaşdırılmasına $3,4 mlrd. investisiya qoyub. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
"Azərbaycanda sənaye parkları və məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən layihələrin ümumi dəyəri $3,8 mlrd. məbləğində qiymətləndirilir. Bunun $3,4 mlrd.-ı artıq yatırılıb", - deyə N.Səfərov bu gün Bakıda keçirilən "Standartların tətbiqi: Azərbaycan-Türkiyə əməkdaşlığı”adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 82 rezidentin qeydiyyata alındığı 9 sənaye parkı və məhəlləsi fəaliyyət göstərir və yaradılır. Artıq 45 rezident fəaliyyətə başlayıb.
Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları və 4 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir.*
B.Rüstəmbəyov