Oktyabrın üçüncü ongünlüyündə Bryansk şəhərində Rusiya-Azərbaycan kontakt birjası açılacaq. Bu barədə Rusiya KİV-ləri xəbər verir.
Azərbaycan nümayəndə heyətinin Bryansk şəhərinə səfəri oktyabrın 21-nə planlaşdırılıb. Həmin gün ixraca dəstək üzrə regional mərkəzdə Rusiya-Azərbaycan kontakt birjası açılacaq.
Səfər zamanı Azərbaycan və Bryansk iş adamları əməkdaşlığın qurulması məqsədi ilə işgüzar danışıqlar aparacaqlar.*