Cümə günü RF prezidenti Vladimir Putin Aşqabadda keçiriləcək MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.
RF prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib ki, prezident cümə axşamı gecə Türkmənistana gələcək. Növbəti gün Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan liderləri və Ermənistanın baş nazirinin görüşü keçiriləcək.
“Dövlət başçıları məhdud formatda MDB çərçivəsində əməkdaşlığın inkişafına dair daha aktual məsələlərə toxunacaqlar, gələcək vəzifələrlə bağlı fikirlərini təqdim edəcəklər”, - prezidenti kpməkçisi bildirib.
O vurğulayıb ki, liderlər qeyri-formal ünsiyyətdə olacaqlar, həmçinin bir sıra qərarlar qəbul edəcəklər. **