Prezident İqor Dodon azərbaycanlı həmkarı İlham Əliyevi Modovaya səfərə dəvət edib.
Əliyev Aşqabadda moldovalı həmkarı ilə görüşüb.
“Azərbaycan prezidentinə Moldovaya rəsmi səfərə dəvətimi təsdiq etdim, bu Moldova-Azərbaycan münasibətlərinin aktual məsələlərinin ətraflı müzakirəsi üçün yaxşı imkan olacaq”, - Dodon Facebook-da öz səhifəsində yazıb.
Moldova prezidenti qeyd edib ki, söhbət çərçivəsində tərəflər müxtəlif səviyyələrdə və bütün sahələrdə ikitərəfli siyasi dialoqun gələcəkdə inkişafına maraqlarını təsdiq ediblər.
Həmçinin, Dodon qeyd edib ki, 2020-ci il 12-14 mart tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək 8-ci Bakı Qlobal Forumda iştirak imkanını nəzərdən keçirir.
Ticarət-iqtisadi sahədə əməkdaşlıqdan söz açan Moldova prezidenti bidlirib ki, son zamanlar ikitərəfli ticarətdə müəyyən müsbət tendensiyaya baxmayaraq, bu həcmin iki dövlətin bu sahədə imkanlarını tam əks etmədiyini qeyd etmək lazımdır.
“Bu, gələcəkdə ikitərəfli ticarət-iqtisadi münasibətlərin inkişafına yönələn konkret addımların atılması zərurətini şərtləndirir. Birgə investisiya layihələrinin reallaşdırılması, birgə müəssisələrin yaradılması, Azərbaycan sahibklarlarının azad iqtisadi zonalar, sənaye parkları, ölkəmizdə ixtisaslaşmış sərgilərdə, nəqliyyat və enerji sahələrində fəaliyyətində iştirakını xüsusi qeyd etdim”, - Moldova prezidenti bildirib.
O cümlədən, Dodon yaxın zamanda Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili və onun çərçivəsində ikitərəfli biznes forumun keçirilməsinə hazırlığını ifadə edib. **
Ə.Məmmədov