SOCAR oktyabrın 17-də şirkətin istiqrazlarının sahiblərinə 12-ci dəfə faizlər üzrə $1,25 mln. məbləğində ödəniş həyata keçirəcək. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
"Oktyabrın 17-də SOCAR istiqrazlarının sahiblərinə $1,25 mln. məbləğində vəsait ödəniləcək. Bu, SOCAR istiqrazlarının 4-cü, sayca 12-ci faiz ödənişi olacaq. Hər istiqraz üçün $12,5 olmaqla, ümumilikdə $1,25 mln. artıq Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb", - məlumatda bildirilir.
SOCAR Capital-ın məlumatəına görə, indiyədək ARDNŞ-nin istiqrazlarının sahiblərinə faizlər üzrə 11 ödəniş həyata keçirilib. Hazırki ödəniş nəzərə alınmaqla SOCAR istiqrazlarının sahibləri $15 mln. əldə edəcəklər.
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 mln. dollarlıq həcmdə buraxılıb.
SOCAR istiqrazları dollarda illik 5 faiz gəlir gətirir və faizləri hər 3 aydan bir ödənilir.*
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır.
İstiqrazlar üzrə gəlirlilik ildə 5% təşkil edəcək. SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir.
İstiqrazların dövriyyədə olduğu 5 il ərzində ümumi gəlir $25 mln. təşkil edəcək. **
A.Əzizov