Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyi uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı üzrə elektron sistemin təqdimatını keçirib.
Nazir müavini Anar Kərimov təqdimatda qeyd edib ki, uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatının elektron versioyaya keçidi cari ilin sonunadək nazrlik tərəfindən 10-a qədər müavinət və təqaüd üzrə təyinatın avtomatlaşdırılması çərçivəsində həyata keçirilir.
“Uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödəniləcək. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə Dövlət Sosial Müdafiə Fonduna müraciət olunmalıdır”, - Kərimov cümə günü mətbuat konfransında bildirib.
Nazir müavini qeyd edib ki, sistem 2019-cu il 1 oktyabr tarixindən sonra doğulan uşaqlara ödənişlərin verilməsinə başlayıb.
“Ötən il yeni doğulan uşaqlara ödənişlər 130 min nəfəri əhatə edib. Cari ilin 9 ayı ərzində onların sayı 90 min təşkil edib”, - Kərimov əlavə edib.
Cari il sosial islahat çərçivısində, yeni doğulan uşaqlara ödənişlərin məbləği 109 manatdan 200 manatadək artırılıb. **
X.Nəsirzadə