Sankt-Peterburqda Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandirlərinin üçüncü işçi görüşü başa çatıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi bu gün məlumat yayıb.
"Görüş çərçivəsində Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı admiral Nikolay Yevmenov ilə İran, Azərbaycan və Qazaxıstandan olan həmkarları arasında danışıqlar aparılıb. Regional dəniz təhlükəsizliyi, donanmaların qarşılıqlı fəaliyyəti və ikitərəfli əməkdaşlıqla bağlı aktual məsələlər müzakirə edilib", - deyə “İnterfaks”a daxil olmuş məlumatda bildirilir.
Oktyabrın 9-dan 11-dək Sankt-Peterburqda baş tutan görüşdə Yevmenov, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən Zaur Hümmətov, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin komandanı Saken Bekjanov və Türkmənistanın Rusiyadakı hərbi attaşesi Beqenç Vəliyev iştirak ediblər.*