Azərbaycanın iqtisadiyyat naziri nazirlik və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üzrə “yol xəritələri” üzrə operativ əlaqələndirmə qrupunun yaradılmasına dair əmr imzalayıb. Bunu iqtisadiyyat nazirinin müşaviri Fazil Məmmədov cümə günü ağır sənaye və maşınqayırmanın inkişafı üzrə “yol xəritəsi”nin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, qrupun yaradılmasında məqsəd operativlik və işlərin yüksək səviyyədə icrasıdır.
Qeyd edək ki, əlaqələndirmə qrupunun rəhbəri F.Məmmədovdur.
Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ilindekabr ayında milli iqtisadiyyat və iqtisadiyyatın əsas 11 sektor üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb. **
B.Rüstəmbəyov