Azərbaycan oktyabrın 8-də itkin düşən balıqçının axtarışları üçün Xəzəryanı ölkələrə müraciət edib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
“Hadisə ilə əlaqədar Qazaxıstan Daxili İşlər Nazirliyinə, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Türkmənistan Müdafiə Nazirliyinə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən müraciət olunub. Həmçinin xilas olunmuş 3 nəfər balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub”, - deyə məlumatda bildirilir.
Axtarışlar nəticəsində “ABA1074” seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.*
Ə.Məmmədov