Rəsmi Bakı Aşqabad sammitində prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiyanı təsdiq edib.
“Sammitdə iştirak edən dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi nahar zamanı protokol qaydalarına uyğun olaraq, əlifba sırası ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yanaşı əyləşiblər. Təbii ki, orada təmas olub”, - deyə prezidentin mətbuat katibi Azər Qasımov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.*
Ə.Məmmədov