Azərbaycanlı sərhədçi narkotik vasitələrin ölkəyə qanunsuz keçirilməsi cəhdi zamanı İranla sərhəddə soyuq silahla yaralanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilir.
“12 oktyabr tarixində saat 13:20 radələrində Tərtər rayo¬nu¬¬nun sakini Etibar Yadigarov İranla sərhəddə İslam döv¬lət sərhədini pozarkən sərhəd naryadına müqa¬vimət gös¬tərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xə¬sarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tib¬bi yardım gös¬tərilib, vəziyyəti qənaətbəxşdir”, - DSX-nin məlumatında deyilir.
Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram mari¬xuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.
İnsident Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta¬va¬sı¬nın xidməti ərazisində baş verib.
“Hadisə ilə əlaqədar cinayət işi başlanılmışdır, zəruri əməliyyat-is¬tintaq hə¬rə¬kət¬ləri həyata keçirilir”, - DSX-dən qeyd edilir. **
F.İsazadə